Episodios

  • Əşşi boş ver hər şey yaxşı olacaq !
    Aug 29 2021

    Bu podkastda 2 qrup və 4 tip insan və hansının daha uğurlu olmaq şansından sizə danışacam.

    Más Menos
    4 m
  • Dialoq: Gözləntilər və anlaşılmazlıqlar. Münasibətlərimizdə nələrə fikir verməliyik.
    May 9 2021

    Müansibətlər dedikdə, dostluq, yoldaşlıq və bir az da sevgi məsələlərinə toxunacağıq. Bu podkastda həm öz təcrübəmiz, həm də bəzi araşdırmaların nəticələri ilə sizinlə bölüşəcəyik.

    Más Menos
    32 m
  • Seçimlərimiz və qərarlarımız. Həyatımızın əsas mexanizmi.
    May 2 2021

    Alternativ variantlar həmişə seçim etməyimizə təsir göstərir. Niyə bəzən seçim etmək çətin olur və nəyə görə biz irrasional qərarlar veririk. Məsələnin psixoloji və şüuraltı tərəflərini aydınlaşdırmağa çalışdıq.

    Más Menos
    11 m
  • Nələr bizə zərər verir? Bunları hamı bilməlidir.
    Apr 28 2021

    Ən çox eşitdiyimiz suallardan birinə aydınlıq gətirmək istədik. İstifadə etdiyimiz əşyalar sağlamlığımıza hər hansı bir zərər verirmi? Artıq kimdənsə eşitdiyinizə deyil, elmi araşdırmaların nəticələrinə inanmaq vaxtıdır.

    Más Menos
    10 m
  • Toxum kitabı - Kraudfandinq nədir, nə işə yarayır və onun dünyada tarixi?
    Apr 25 2021

    Kitabda sosial sahibkarlıq, kraudfandinq, biznes terminləri haqqında çox maraqlı məlumatlar toplanılıb. Özünüzü ba sahədə görürsünüzsə bu ilk oxumalı olduğunuz kitabdır!

    Más Menos
    8 m
  • Həyatda kim daha uğurlu olur Yaxşı insan yoxsa Hamını istifadə edən insan?
    Apr 22 2021

    Bu sual uzun müddətdir ki ağlımda var idi. Görürdüm ki yaxşı insanlardan çox vaxt istifadə edirlər. Onlardan nəisə istəyirlər, bəzi şeyləri onlar istəmədən boyunlarına qoyurlar. Sonda da pis dediyimiz insan qabağa gedir, yaxşı insan isə get gedə çökür. Bu yaxşı insan da ona baxıb düşünür ki gərək yaxşılıq etməzdim, sonra da ümumiləşdirir. Deyir ki, bütün insanlar eynidi. Heç kim yaxşılıq başa düşmür, və beləliklə özü də çevirilir pis, başqa insanlardan istifadə edən insana çünki düşünür ki pis insanlar daha çox və daha tez uğur qazanır. Sual odur ki bu həqiqətəndə mi belədir?


    Rəy və xoş sözlərinizi aşağıdaki email ünvanına yaza bilərsiniz:

    maraqlisohbetlerpodkasti@gmail.com

    Más Menos
    12 m
  • Uğur və Bəxt. Hamı bərabər deyil.
    Apr 18 2021

    Uğur qazanan insanlar niyə çox nadir hallarda bunu bəxtlə əlaqələndirirlər? Uğursuz olanlar isə əksinə, birmənalı olaraq bəxtinin gətirmədiyini deyir. Bu fenomeni real faktlarla araşdırdıq.

    Más Menos
    7 m
  • Vendal Djonsonun dəhşətli eksperimenti.
    Apr 13 2021

    Bir əsrdən çoxdur ki insanın şəxsiyyəti alimlərin diqqətini cəlb edir. İnsanın psixikası və onun şəxsiyyəti haqqında dəqiq məlumatlar əldə etmək üçün çoxlu sayda tədqiqat metodları istifadə olunur. Bu metodlar arasında ən məşhuru psixoloji eksperimentdir.

    İnsan tarixində çoxlu sayda maraqlı və kifayət gədər şoka salan sosial psixoloji eksperimentlər keçirilib. Bu podkastda Vendal Djonsonun dəhşətli eksperimentindən sizə danışacam.

    Más Menos
    8 m
adbl_web_global_use_to_activate_webcro805_stickypopup